Azərbaycanda toylarla bağlı qərara dəyişiklik olub.
Yenicag.az xəbər verir ki, toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub.
150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Sentyabrın 1-dən toyda iştirak edən bütün şəxslərdən COVİD pasportu tələb olunacaq./Oxu.az/