Dmitri Medvedevdən Novruz Məmmədova təbrik

media-hightechnic-468x90

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə şənbə günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Baş nazirin teleqram mətnində bunlar qeyd olunub: “Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05