Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Doğum gününü İrəvanda qeyd edən Oqtay: “Ən bahalı hədiyyəmi…” – FOTOLAR+VİDEO

Bu gün tanınmış prodüser, rejissor, “SOY production” şirkətinin rəhbəri Oqtay Əliyevin doğum günüdür.

50 yaşını tamamlayan səbəbkar təəssüratlarını Yenicag.az-la bölüşüb:

“İlk təbriki dünən gecə saat 12-də ailə üzvlərimdən aldım. Dilarə öz əli ilə bişirdiyi tortun üstünə adımı yazıb, qızlarımla bərabər məni təbrik etdi. Sonra 30 illik dostum Siyavuş Hüseynli, Əsəd İsmayılov, İman Məcidov, Müşfiq Hətəmov, Elman Rəfiyev təbrik etdi. Təmtəraqlı olmasa da, doğum günümü dostlarla qeyd edəcəyik”.

O.Əliyev indiyə qədər ən yadda qalan doğum gününü xatırlayıb:

“Ən yadda qalan doğum günüm on yaşımda İrəvanda, şəhərin mərkəzində yerləşən evimizdə olub. İndi həmin ev də yoxdur, o məclisdə iştirak edən adamların bəziləri də. Yadımdadır ki, mənə çoxlu hədiyyələr gətirmişdilər. İki hədiyyəni xüsusilə bəyənmişdim: 7 musiqi səslənən elektron saat və velosiped”.

O.Əliyev rəqəmlərin onun üçün sadəcə təqvim olduğunu bildirib:

“Rəqəmlər mənim üçün sadəcə təqvim xarakteri daşıyır. Müəllimimin bir gözəl sözü vardı, deyirdi ki, istənilən yaşda içindəki uşaqlıq itdisə, deməli, hər şey bitdi. İçimdəki zarafatcıl, şıltaq, şuluq Tom Soyer – Oqtay hələ də qalıb”.

Cəvahir

Loading...

www.yenicag.az

4183
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100