Rusiyada dolların birja mezennesi bu gün 2015-ci ilin iyulundan bəri ilk dəfə 60 rubldan aşağı düşüb. Fins.az-ın verdiyi məlumata görə, bu haqda Moskva Birjasının məlumatında deyilir.
Moskva vaxtı ilə 14.19-da dollar 59,74 rubl/dollar səviyyəsinə enib. Qeyd edək ki, dünən 4 yanvar 2017-ci il tarixində hərrac 60,46 rubl/dollar səviyyəsində qərarlaşıb.
Sonuncu dəfə dollar 60 rubldan aşağı 31 iyul 2015-ci ildə satılıb.
Avronun məzənnəsidə həmçinin ucuzlaşıb – 62,67 rubl/avro.
Rublun möhkəmlənməsi Brent markalı neftin bahalaşması fonunda baş verib.
Yada salmaq yerinə düşər ki, Azərbaycanda isə əksinə, neft bahalaşdıqca dollar da bahalaşır.
Yenicag.az