“Dollar neftin qiyməti önündəki ən böyük əngəldir”
2015-ci ilin ikinci yarısında Brent markalı neftin 1 barelinin qiyməti 75 dollara qədər yüksələ bilər, amma 90 dollardan çox olmayacaq, 2016-cı ildə isə 1 barel neftin qiyməti 90 dollar sərhədini keçəcək. Dünya ekspertlər neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasının iqtisadi deyil, siyasi səbəblərinin təhlili əsasında bu nəticəyə gəlir.
İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, neftin qiymətini sabitləşməyə qoymayan və bahalaşmasının qarşısını alan ABŞ dollarıdır. “Amerika valyutası möhkəmlənməkdədir. ABŞ dolları ilə neftin qiyməti isə tərsmütənasibdir: dollar dəyərdən düşəndə neft bahalaşır, əksinə olduqda isə ucuzlaşır. ABŞ-da Federal Rezerv Sistemi (FES) tərəfindən kəmiyyət yumşaldılması siyasətinin tezliklə dayandırılacağı haqda açıqlamadan dərhal sonraya təsadüf etdi. Hələ bu, bir yana qalsın, ABŞ-da Federal Rezerv Sistemi (FES) cari ilin iyun ayında uçot dərəcəsini qaldıracağını söyləyir. Bu isə indidən dolların daha da möhkəmlənməsi üçün zəmin yaradır. Bundan əlavə, hasilat genişlənir. Eyni zamanda, dünya iqtisadiyyatı üçün əhəmiyyətli ölkələrdən olan Çində isə iqtisadi geriləmə hökm sürür. Bütün bunlar da OPEK-in iyun ayında keçiriləcək növbəti iclasında üzv ölkələr tərəfindən qiymətlərin hələ bir müddət də aşağı saxlanması haqda qərar qəbul olunacağını deməyə əsas verir. Qərb ilə Rusiya arasında, o cümlədən Yaxın Şərq regionunda bir sıra siyasi münaqişələr nisbətən səngiməsə, dollar ucuzlaşmağa başlamasa, dünya nəhənglərindən olan Çin iqtisadiyyatında geriləmə dayanmasa, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarında isə durğunluq aradan qalxmasa, yaxın müddətdə bahalaşma olmayacaq”.
Natiq Cəfərli isə belə münasibət bildirdi: “Düşünürəm ki, 90 dollar çətin olsun, fikrimcə ortalama qiymət il üçün 55-60 arası müəyyənləşəcək”.
Kamran