Dollar satışını MB dayandırıb? Nə baş verir?

media-hightechnic-468x90

Mərkəzi Bank tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayılan xəbərlər reallığı əks etdirmir.

Yenicag.az xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev deyib.

O bildirib ki, valyuta bazarında çətinliyin və sözügedən məhdudiyyətlərin olması müşahidə edilmir:

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə 61 hərrac keçirilib. Rəqəmlərə nəzər yetirdikdə, valyutaya tələbatın tam ödənildiyini görürük. Ümumilikdə, hərraclarda 4 milyard 714 milyon ABŞ dolları satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon ABŞ dolları təşkil edib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa