Ötən cümə günü 1 dolları 1.86 manatdan alan banklar, bu gündən alış qiymətlərini 1.82 – 1.85 manat səviyyələrinə endiriblər.
Yenicag.Az “Marja”ya istinadən xəbər verir ki, xəbər verirdiyi kimi, bu gün səhər saatlarında Bank of Baku 1 Dolları 1.8450 manatdan almağa başlamışdı.
Səhər saatlarında Dolların alışına 1.85 mana təyin edən banklardan biri – Unibank, günorta alış qiymətini 1.82 manata endirib.
Banklar bir – bir Dolların alış və satış qiymətlərini aşağı salırlar.
Qeyd edək ki, Dollar satan vətəndaşların sayı kəskin artıb. Artıq bir sıra banklar Dolları 2000-5000 dollar limitlə alırlar. Səbəb həmin bankların mənat vəsaitlərinin azlığıdır.
Yenicag.Az
www.yenicag.az