Dolların bu günə olan məzənnəsi
Bu gün noyabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 25-i ilə müqayisədə 0,0002 manat və ya 0,2% artaraq 1,0511 manat olub.
Qeyd edək ki, dolların məzənnəsi bu həddə ay ərzində artıq bir dəfə çatmışdı. Belə ki, noyabr ayının 23-də 1,0511 manat səviyyəsinə qalxan dollar bu gün aylıq maksimumu təkrarlayıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,3% azalaraq 1,1164 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0161 manat səviyyəsində qərarlaşıb.