Dolların ucuzlaşması ehtimalı: Vacib qərar açıqlanıb

media-hightechnic-468x90

ABŞ-nin mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi – illik 4.75-5.25% səviyyəsinə endirib.

Yenicag.az xəbər verir ki, bu barədə RBC.ru tənzimləyicinin press-relizinə istinadən məlumat yayıb. Bu, 2020-ci ilin martından bəri ilk azalmadır.

ABŞ-də bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FED 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.

FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər./oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600