Dolların yandırılmasına qarşı çıxan din xadim: "ALLAH" sözü var - VİDEO

media-hightechnic-468x90

Türkiyənin Eminönü Sultanhamam bölgəsində fəaliyyət göstərən tacirlər və Ədaləti Müdafiə dərnəyinin üzvləri türk lirəsinə dəstək məqsədilə aksiya keçirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, onlar hökumətə dəstək məqsədilə 100 min ABŞ dollarını lirə ilə dəyişdiriblər.

Aksiyada iştirak edən bir din xadimi “dolları yandırın” çağırışına qarşı çıxıb. O, dollar üzərində  “Allah” sözü yazıldığını bildirib:

“ABŞ-ın ilahiləşdirdiyi dolları cırıb atmaq istəyirik. Lakin biz belə bir hörmətsizlik etmərik. Çünki  dolların üzərində “Allaha güvənirik” yazılıb”.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa