ABŞ İraqa dollarla nağd pul göndərməyəcək

media-hightechnic-468x90

ABŞ İraq hökumətinə təzyiq göstərmək məqsədilə bu ölkəyə dollar göndərişini dayandırıb və Bağdadla təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

media-banner_tkm

Yenicag.az bu barədə APA-nın “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Atılan addımların səbəbinin İraq hökumətini İran tərəfdarı olan hərbi birləşmələri dağıtmağa məcbur etmək olduğu bildirilir.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraq neftinin satışından əldə edilən gəlirlərdən təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.

Bu, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından bəri Vaşinqtonun İraqa göndərilməsini dayandırdığı ikinci nağd pul göndərişidir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05