!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donald Trampın xarici siyasət kursu nələrdən ibarət OLACAQ? – DETALLAR

!Reklam – Yazi

“Donald Trampın prezident seçilməsi, əslində, ABŞ daxili siyasətinə önəm verənlərin zaman-zaman yerini dəyişməsi üçün lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

O, Respublikaçıların vahid namizədi Donald Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsindən sonra aparacağı siyasi manevrləri şərh edib.

Onun sözlərinə görə, Tramp birinci prezident seçildiyi dövrdə daha çox daxili siyasətə fokuslanmış birisi idi:

“Daxili siyasətdə onun vurğu etdiyi məsələlərdən biri ABŞ-də işsizlik, iqtisadi problemlərin həlli idisə, xarici siyasətdə daha çox İranla münasibətlərinin kəskinliyi, İsrail ilə olan xüsusi istiqanlığı və Rusiya ilə olan münasibətlərin normallaşması ilə gündəmə gələn bir adamdır”.

Siyasi təhlilçi əmindir ki, onun seçilməsi rəsmi təsdiqlənəndən sonra, böyük ehtimalla, Ukraynadakı proseslərdə dəyişiklik olacaq:

“Çünki Trampın görüşlərinə görə ABŞ Avropanın təhlükəsizliyi üçün özünü hədər etməməli, daha çox ölkənin iqtisadi strukturlarına fikir verməli və yüksələn Çinlə münasibətləri elə qurmalıdır ki, ABŞ iqtisadiyyatı öz mövqelərini Çinə təsir etməsin”.

Analitikin fikrincə, lakin Yaxın Şərqlə bağlı Trampın mövqeyi klassikdir:

“Çünki onun yəhudi elitası və diasporu ilə bağlılığı var. Hətta qızının iudaizmi qəbul etməsi onun siyasətin təsir edəcək amildir. Avropa üçün gərginliyin azaldılmasını ehtimal etmək olar, amma Yaxın Şərqdəki proseslərin haraya doğru gedəcəyini bilmək olmaz. Çünki Benyamin Netanyahu səbirsizliklə Trampın seçilməsini gözləyirdi. Bunun nəticəsində də o, müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib onun yerinə xarici işlər naziri İsrael Katzı bu vəzifəyə qoydu. Yəni Trampın seçilməsi ABŞ siyasətinin ağırlıq mərkəzini Avropadan daha çox Yaxın Şərqə çevirəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv