!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Donbasda Ukrayna ordusunun onurğa sütunu tədricən qırılır” – Stiven Brayan

!Reklam – Yazi

“Rusiya Ukrayna ordusunu sayının və döyüş qabiliyyətinin azaldılması üzrə əməliyyatı uğurla həyata keçirib”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna ordusunun qələbə qazanacağı ilə bağlı ictimaiyyətin fikirlərinə aydınlıq gətirən ABŞ müdafiə naizirinin keçmiş müavini Stiven Brayan deyib.

Onun sözlərinə görə, Kursk bölgəsinə hücum etməzdən öncə də Ukrayna Rusiyaya qalib gəlmək şansının olmadığını başa düşürdü.
“Kursk bölgəsindəki hazırkı vəziyyət İkinci Dünya müharibəsi zamanı alman ordusunun Reyn üzrə mühafizə əməliyyatı çərçivəsində Ardenlərdəki hücumuna bənzəmir. O zaman nasistlərin məqsədi ABŞ və Böyük Britaniya ordularını məğlub etmək, onları parçalamaq və dənizə çıxarmaq olub. Ukraynanın məqsədi isə mümkün qədər uzun müddət Rusiya ərazisini saxlamaqdır”. – deyə o qeyd edib.

Onun sözlərinə görə, hər iki halda məqsəd danışıqlar idi.

“Nasistlər müttəfiqləri məğlub etməyə ümid edirdilər. Lakin ukraynalıların belə ümidləri yoxdur. Rusiya Ukrayna ordusunu sayının və döyüş qabiliyyətinin azaldılması üzrə əməliyyatı uğurla həyata keçirib. Donbasda Ukrayna ordusunun onurğa sütunu tədricən qırılır. Hazırda Kursk vilayətində isə vəziyyət artıq stabilləşib. Bu, Ukrayna hücumlarının Rusiya tərəfindən uğurla dəf edilməsindən xəbər verir”, – deyə Pentaqonun keçmiş əməkdaşı bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv