Dönər əməliyyatı keçirilib

media-hightechnic-468x90

скачанные файлы (1)İspaniya tarixində ən böyük dönər əməliyyatı həyata keçirilib. Araşdırma zamanı məlum olub ki, dönərlərin çoxu gigiyenik qaydalara əməl edilmədən anbarlarda saxlanılaraq bazara çıxarılıb.

Kataloniyada baş tutan əməliyyatda 26 ton dönər əti müsadirə edilib. Hüquq-mühafizə orqanları dönər ətlərinin sağlamlığa zərərli olduğunu vurğulayaraq bunların gömrük idarəsindən keçmədən İspaniyaya necə gətirildiyini araşdırmağa başlayıb.
Məlum olub ki, həmin dönərlər İspaniyaya orta Avropa ölkələrindən gətirilib.. Əməliyyatlar nəticəsində ayrıca dönər kabab işi ilə məşğul olan iki şirkətə də müvəqqəti olaraq bağlama cəzası verilib.

Bir müddət əvvəl ispan polisi Madriddə dönər işi ilə məşğul olan 25 iş yerində əməliyyat təşkil edib. Restoranların çoxunda yüzdə 60%-ə çatan mal ətinə qarışdırılmış at, toyuq və hinduşka ətinə rast gəlindiyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600