“Donuz qripi” ilə bağlı Azərbaycanda hərəkətə keçdilər – FOTO

media-hightechnic-468x90

Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini gündəmə gətirib.

media-banner_tuq

Bunu nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi hərəkətə keçib.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır.

Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.

Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05