Dördmərtəbəli binanın 7-ci mərtəbəsi: Xətainin icra başçısının icazə verdiyi qanunsuz tikili - FOTO

media-hightechnic-468x90

Bakının Xətai rayonu, Köhnə Günəşli massivi ərazisində tikilməkdə olan binanın üst mərtəbələrinin qanunsuz artırıldığı iddia olunur.

Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, layihə dördmərtəbəli olaraq nəzərdə tutulsa da, sonradan beşinci və altıncı mərtəbələr də tikilib və hazırda yeddinci mərtəbənin tikintisi aparılır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, müvafiq icazəverici sənədlər təqdim olunmadığından tikinti işləri dayandırılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunur ki, binanın tikintisini aparan şirkətin rəhbəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin yaxın adamıdır. Bildirilir ki, inşa edilən dördmərtəbəli binanın yeddinci mərtəbəyə qədər artırılmasına icazəni məhz icra başçısı verib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa