Kolumbiyada mumiyaların ölüm maskası hazırlandı
Arxeoloqlar Kolumbiyaya aid qədim mumiyaların maskalarını çıxararaq üzlərini rəqəmsal şəkildə yenidən bərpa ediblər.
Yenicag.az xəbər verir ki, alimlər bu tapıntıların Cənubi Amerikanın yerli xalqlarının mədəni ənənələri haqqında yeni məlumat verdiyini bildiriblər.
Kolumbiya Antropologiya və Tarix İnstitutunun kolleksiyasında qorunan dörd maska nümunəsi üzərində aparılan tədqiqatda məlum olub ki, bunlar bir uşaq, yaşlı qadın və iki gənc kişiyə məxsusdur. Maskalar zədələnmiş olsa da, gözlərdəki muncuq bəzəklər bu günədək salamat qalıb.
Alimlər kompüter tomoqrafiyası və xüsusi proqram təminatı vasitəsilə maskaları rəqəmsal olaraq çıxarıb kəllələrin üçölçülü modellərini qurublar. Daha sonra üz əzələləri, yumşaq toxumalar və yağ qatları əlavə edilərək həmin insanların simaları yenidən formalaşdırılıb.
Kolumbiya Tarix Akademiyasından Felip Kardenas-Arroyo bu maskaları “ölkədə məlum olan yeganə və misilsiz nümunələr” adlandırıb.