Putinin bu addımı Qərbə növbəti meydan oxumadır - POLİTOLOQ

media-hightechnic-468x90

“Bu, Qərblə münasibətləri getdikcə daha da kəskinləşdirən Rusiyadan növbəti meydan oxumadır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Rusiya prezidenti Vladimir Putinin İşgəncələrin və Qeyri-insani rəftarın və ya Cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyasını denonsasiya edən qanunu imzalamasını şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Putinin atdığı bu addım Qərbə növbəti meydan oxumadır.

“Rusiya nümayəndəsi işgəncələrə qarşı Avropa Komitəsinin tərkibinə seçilməyib. Rusiya isə hüquqlarının kobud şəkildə pozulduğunu hesab edir. Çünki nümayəndənin səlahiyyət müddəti başa çatdıqda, Rusiyadan yeni nümayəndə seçilməli idi. Qərb dövlətləri buna imkan vermədilər.

Buna görə də Federasiya Şurası işgəncələrə və qeyri-insani rəftara qarşı Avropa Komitəsinə etimadın itirildiyini bəyan etmək qərarına gəlib və bununla bağlı qanun qəbul edilib. Daha sonra Rusiya prezidenti də həmin qanunu imzalayıb. Beləliklə, işgəncələrə və qeyri-insani rəftara qarşı mübarizə haqqında Avropa Komitəsi artıq Rusiyada etibarsız sayılır. Bu isə Qərblə münasibətləri getdikcə daha da kəskinləşdirən Rusiyadan növbəti meydan oxumadır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa