Dostu tərəfindən bıçaqlandı

media-hightechnic-468x90

84079Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 43 yaşlı kişini dostu bıçaqlayıb.

Hadisə Ramana qəsəbəsi Südçülük sovxozunda baş verib.

Hadisə Ramana qəsəbəsi, Südçülük sovxozunda baş verib. Belə ki, gecə saatlarında 3 saylı Sabunçu xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kəlbəcər rayon sakini, 43 yaşlı Müşfiq Nəcəfov gətirilib. Əməliyyata götürülən xəstənin qarın və əl nahiyəsində bıçaq yaraları aşkar edilib. Hazırda xəstə reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağırdır. Yaralı ilə söhbət zamanı o, dostu tərəfindən vurulduğunu bildirib. Belə ki, kafedə tanışı ilə yeyib-içəndən sonra evə gəlmək üçün onun avtomobilinə əyləşiblər. Bu zaman dostlar arasında mübahisə yaranıb…

Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Yaralı Müşfiq Nəcəfov vəziyyəti ilə əlaqədar olaraq polisə məlumat verə bilmədiyi üçün hadisənin dəqiq kim tərəfindən törədildiyi məlum deyil. Faktı Sabuçu rayonu Polis İdarəsi araşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600