Dövlət Baxçalı: “Bu, nüvə müharibəsinə yol aça bilər”

media-hightechnic-468x90

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Haber Global” saytı yayıb.

Yazılı açıqlama yayan MHP lideri, 13 iyun 2025-ci ildə İsrailin İrana qarşı başladığı hücum dalğasının bölgədə dərin xaos və qeyri-sabitliyə yol açdığını bildirib.

Baxçalı bəyan edib ki, beynəlxalq ictimaiyyət hazırkı vəziyyəti ciddi şəkildə təhlil etməli və qətiyyətli, müstəqil mövqe sərgiləməlidir.

O, ABŞ-ın İranda yerləşən üç nüvə obyektinə endirdiyi hava zərbələrini “qalmaqallı və məsuliyyətsiz” addım kimi qiymətləndirib və bu cür hücumların həm Türkiyəyə mesaj, həm də bölgədəki sabitliyi pozmaq məqsədi daşıdığını vurğulayıb.

Açıqlamanın sonunda Baxçalı nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib:

“Bu gedişat davam edərsə, nəticəsi bəşəriyyət üçün fəlakət olacaq. İsrail dərhal dayandırılmalı, Türkiyə isə milli maraqları uğrunda heç bir təzyiqə boyun əyməyəcək”.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600