Türkiyə Suriya və İraqa zərbələri ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.
“Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və “Peşmərgə”nin üzvləri də daxil olmaqla, İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”, – deyə Toner bildirib.
Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.
“Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi həyati əhəmiyyət daşıyır”, – deyə Toner qeyd edib.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG)Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.
Yeniçağ.Az
www.yenicag.az