“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi ilə bağlı güzəştlərin tətbiqinə start verilib”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, son tarixə 3 milyon manatdan çox vergi və rüsumlardan azadolma tətbiq edilib: “Kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımları sahibkarların bank hesablarına köçürülür. Sosial sığorta haqlarının və kredit faizlərinin subsidiyalaşdırılmasına başlanılıb. Kredit zəmanət mexanizmi işə düşüb. Bununla yanaşı dövlət əmlkanının özəlləşdirilməsi siyasəti həyata davam etdirilib. Cari ildə özəlləşdirmədən büdcəyə 108 milyon vəsait daxil olub. Bu da illik proqnozun 103 faiz icrası deməkdir. İri dövlət müəssisələrinin sağlamlaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə həmin müəssisələrdə dövlətin iştirak payının azaldılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin, “Dövlət əmlakınının idarəedilməsi və özəlləşdirilməsi haqqında” yeni qanun layihəsi hazırlanaraq razılaşdırılmaq üçün aidiyyəti üzrə təqdim edilib”./unikal
www.yenicag.az