“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik

media-hightechnic-468x90

ilham_aliyev_imza_2511141Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Dövlət qulluğu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, “Dövlət qulluğu haqqında” qanunun 31.22-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydalarını 3 ay müddətində prezidentlə razılaşdırmaqla müəyyən etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600