!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dövlətin Cümhuriyyətin 100 illiyinə diqqəti qaneedici səviyyədədir” – Rais Rəsulzadə

!Reklam – Yazi

“Ancaq mənə məlum deyil, bu çərçivədə hansı planlar var və nə kimi işlər görüləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib.

Rəsulzadə Cümhhuriyyətin 100 illiyinin yüksək səviyyədə qeyd olunacağına ümid etdiyini bildirib:

“Açığı, Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı dövlət səviyyəsində hansı tədbirlərin hazırlandığı haqda məlumatım yoxdur. Ola bilsin, indi bu istiqamətdə hazırlıqlar müşahidə olunmur. Yəqin ki, tədbirlər hazırlanır, ola bilməz ki, heç bir iş görülməsin.

Ancaq mənə məlum deyil, bu çərçivədə hansı planlar var, nə kimi işlər görüləcək və sair… Ümid edirəm ki, bu məsələlər yüksək səviyyədə öz həllini tapacaq.

Ümumiyyətlə, dövlətin Cümhuriyyətin 100 illiyinə diqqəti qaneedici səviyyədədir. Bununla bağlı rəsmi qurumlarda və cəmiyyətdə bir canlanma var. Bunu öz təcrübəmdə hiss edirəm.

Cümhuriyyətlə bağlı təşkil olunan çox sayda tədbirə dəvət alıram, hamısında iştirak edə bilməsəm də, müəyyən hissəsinə qatılıram.

Yəni Cümhuriyyətin 100-cü ildönümünün əhəmiyyəti qəbul olunur, dərk edilir. İndi rəsmi səviyyədə hansı tədirlərin hazırlandığını da görəcəyik”.

A.Zeynalov

COP29

www.yenicag.az

4869
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv