“Hazırda teatrda yeni tamaşalar üzərində iş gedir. Heç bir qalmaqal, narahatlıq yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.
O, teatrdan kənarlaşdırılan bir neçə aktyorun sosial şəbəkələrdə yaydığı qalmaqallı aşıqlamaları ilə bağlı sualımızı cavablandırıb.
C.Zeynalli teatrda qalmaqal baş vermədiyini bildirib:
“Teatrda yaradıcı həyat qaydasında və ən yüksək şəkildə davam edir. Kollektiv üç gün əvvəl Sankt-Peterburqdan böyük bir festivaldan qayıdıb. “İblis və…” tamaşasının premyerası Aleksandrinski Teatrında olub. Bu, çox ciddi hadisədir.
Hazırda yeni tamaşalar üzərində iş gedir. Heç bir qalmaqal, narahatlıq yoxdur”.
Qeyd edək ki, bir neçə aktyor Akademik Milli Dram Teatrından kənarlaşdırılıb. Onlar sosial şəbəkələrdə videogörüntülər paylaşaraq, teatrın baş rejissoru barədə qalmaqallı açıqlamalar veriblər.
Cəvahir
www.yenicag.az