Druz-ərəb QARŞIDURMASI: Suriyadakı “barıt çəlləyi” hər an PARTLAYA BİLƏR

media-hightechnic-468x90

“Suriyanın cənubunda druzlarla müsəlmanlar arasında baş verən toqquşmalara Məhəmməd peyğəmbərin təhqiri kimi ifadələr səbəb olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zərifoğlu bildirib.

media-20230124032017_photo31v2rq

Ekspert hesab edir ki, bu toqquşmalar dini zəmində baş verib:

“Suriyanın cənubunda druz icması ilə hökumət qüvvələri arasında baş verən silahlı toqquşma ölkədəki mürəkkəb etnik və dini münasibətlərin nə qədər həssas və partlayışa meylli olduğunu bir daha ortaya qoymuş oldu. Hadisənin təməlində dini hisslərin təhqir olunması dayanır – konkret halda, Məhəmməd peyğəmbərin təhqiri kimi qəbul edilən ifadələr müsəlman əhalinin hiddətinə səbəb olub. Bu isə druzlarla müsəlman ərəblər arasında qarşıdurmaya, dolayısı ilə hökumət qüvvələrinin müdaxiləsinə gətirib çıxarı”.

Druzlarla hökumət qüvvələri arasında silahlı atışmalarda hər iki tərəfin itki verdiyini vurğulayan ekspert qeyd edib ki, bu toqquşmalar ölkədə böhrana gətirib çıxarıb:

“Druzların orduya qarşı silah işlətməsi və nəticədə hər iki tərəfdən ölənlərin olması bu qarşıdurmanın sadəcə lokal yox, eyni zamanda da sistemli və simvolik bir böhran olduğunu göstərir. Bu həm də Suriyada dövlətin milli birlik və ictimai sabitlik əldə edilməsi istiqamətində hələ çox iş görməli olduqlarını göstərir”.

“Hadisədən sonra hökumətlə druz icması nümayəndələri arasında keçirilən görüş və əldə olunan razılaşma böhranın diplomatik yollarla azaldılmasına yönəlik pozitiv addım kimi qiymətləndirilə bilər. Həlak olanların ailələrinə maddi təzminat və hüquqların bərpası, eləcə də məsul şəxslərin ədalətə cəlb olunacağına dair öhdəlik etimadı bərpa etməyə və gələcək qarşıdurmaların qarşısını almağa xidmət edir”, – deyə o, əlavə edib.

Hökumət verdiyi vədləri yerinə yetirməzsə, toqquşmaların daha da geniş vüsət alacağını qeyd edən ekspert problemin həllini hakimiyyətin balanslı siyasət yeritməsində görür:

“Lakin bu cür razılaşmaların effektivliyi onun icrasında və davamlı izlənməsindədir. Əgər hökumət tərəfindən verilən vədlər yerinə yetirilməzsə və məsuliyyət daşıyanlar cəzasız qalarsa, bu, daha böyük və dərin parçalanmalara yol aça bilər. Belə vəziyyətlərdə mərkəzi hakimiyyətin həm hüquqi, həm də sosial cəhətdən balanslı siyasət yürütməsi vacibdir. Nəzərə almaq lazımdır ki, druz icması Suriyada sayca azlıq təşkil etsə də, onların özünəməxsus dini və etnik kimliyi, həmçinin silahlı strukturlar üzərində müəyyən təsirə malik olmaları onları siyasi və hərbi baxımdan əhəmiyyətli bir aktora çevirir. Əgər bu gərginlik düzgün idarə olunmazsa və hökumətin verdiyi vədlər kağız üzərində qalarsa, bu, druz icması daxilində daha radikal elementlərin güclənməsinə səbəb ola bilər. Bundan isə Suriyada marağı olan üçüncü qüvvələr maksimum dərəcədə yararlanmağa çalışacaqlar”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600