!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DTX-nın keçirdiyi əməliyyatda bu vəzifəli şəxslər SAXLANILDI - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

13:20

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Yenicag.az Axsam.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə nazirlikdə əməliyyat keçirib.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Babayev də var.

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

www.yenicag.az

1415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv