Dubayda lüks həyat yaşayan sabiq şöbə müdirinin oğluna niyə “stop” QOYULDU

media-hightechnic-468x90

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

“Kriminalqafqaz” xəbər verir ki, o, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.

Belə ki, Dövlət Vergi Xidmətinin Y.Abbasəliyevlə bağlı iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Y.Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

Bir neçə il öncə Y.Abbasəliyevin Dubayda lüks həyat yaşadığını nümayiş etdirən video yayılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600