Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
İyulun 3-dən 4-ə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub, Buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır.
Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək).
Havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb.
www.yenicag.az