Dünya bazarlarında təbii qaz bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Yenicag.az-ın məlumatına əsasən, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,49% artaraq 2,640 ABŞ dolları təşkil edib.