Dünya birjalarında neft bahalaşıb

media-hightechnic-468x90

neftNeftin qiyməti 52 həftəlik maksimumu yeniləyib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar artaraq 53,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 55,16 dollar olub.

Bununla da neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib. Belə ki, sonuncu dəfə 2015-ci ilin iyulunda “qara qızıl”ın qiyməti bu həddə olub.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması xəbərindən sonra ucuzlaşan “qara qızıl”ın sonradan bahalaşmasına səbəb kimi OPEC ölkələrinin hasilatın müəyyən səviyyədə dondurulması ilə bağlı qərarı göstərilir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600