Dünya ilk real enerji böhranını yaşayır

media-hightechnic-468x90

Dünyada ilk dəfə olaraq real enerji böhranı yaşanır.

Yenicag.az “Reusters”ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Prezidenti Fatih Birol öz açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarında tədarükün tələbi ödəməyəcəyi ilə bağlı narahatlıq əsas neft istehsalçılarının hasilatı azaltmasına səbəb olub. Bu isə enerji böhranını yaradan əsas amildir.

Bununla yanaşı, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın da daxil olduğu “OPEC+”un hasilatı gündəlik 2 milyon barrel azaltması qərarı risklidir və bu, qlobal neft tələbini 2 milyon barrelə yüksəldə bilər.

“Bu vəziyyət təhlükəlidir. Çünki dünyanın bir çox iqtisadiyyatları tənəzzül astanasındadır. Rusiya neftinin bazara girməsinə ehtiyac var və 80-90 faiz arasında bir səviyyə tələbi qarşılamaq üçün həvəsləndirici olacaq”, – deyə IEA Prezidenti qeyd edib.

Gülşən

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600