!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur aktyor İslamı qəbul etdi

!Reklam – Yazi

“Alatoranlıq” filmi ilə məşhurlaşan aktyor Robert Pattinson maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, aktyor verdiyi müsahibədə “Bir məscidə girdim, həyatım dəyişdi” sözlərini deyib. İddiaya görə, o, bu açıqlamasının yayılmasını istəməsə də, xəbər yerli mediaya sızıb.

Pattinson müsahibəsində, “2010-cu ildə Los-Anceles küçələrində gəzərkən qarşıma çıxan məscidə daxil oldum. İslam dini haqqında çox şey öyrənmək istəyirdim. Oradan çıxanda ingilis dilində Quran-i Kərim alıb, oxumağa başladım. Oxuduqca öz-özümə dedim ki, “Budur həqiqət!”. Lakin gərgin iş rejimimlə əlaqədar İslamla bağlı araşdırmalarım yarımçıq qaldı. Müsəlmanların anlayışı mənə gün kimi aydın oldu.

Menecerim bu haqda danışmağımı istəmirdi. Mən isə İslama olan marağımı gizlətmək fikrində deyildim və bir bazar günü Müsəlman olmağa qərar verdim. Tək istəyim dostlarımın və ailəmin dəstəyi idi”, deyib.

www.yenicag.az

2601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv