!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada baş verə biləcək geosiyasi DƏYİŞİKLİKLƏR: “Bu müharibə diqqət mərkəzində olacaq”

!Reklam – Yazi

“Geosiyasi proseslərin dəyişim sürəti o qədər artıb ki, öncədən hansısa məsələ ilə bağlı proqnoz vermək mümkünsüz hal alıb”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkiləri sonrası dünya geosiyasi proseslərində baş verə biləcək dəyişikliklərdən danışan politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, öncə seçkilərin nəticəsinin təsiri Rusiya-Ukrayna müharibəsində müşahidə ediləcək.

“Belə ki, qalibiyyət Donald Trampla olsa, Ukrayna nə yolla olur-olsun sülhə məcbur ediləcək və münaqişə başa çatacaq. Kamala Harrisin gəlişi isə fərqli ssenarini ortaya qoyacaq. Kiyevə yardımlar, Kremlə isə sanksiyalar artacaq. Yeni hakimiyyətin qarşısında duran əsas məsələlər Yaxın Şərqdə baş verənlər, Azərabycanın da daxil olduğu BRİKS-in inkişafı, Rusiyanın Cənubi Qafqaz regionunda varlığını davam etdirməsidir”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, ötən illərdən fərqli olaraq indiki seçkilər seyt-not vəziyyətdə keçirilir.
“Geosiyasi proseslərin dəyişim sürəti o qədər artıb ki, öncədən hansısa məsələ ilə bağlı proqnoz vermək mümkünsüz hal alıb. Bir sözlə, əlavə məsələlər gündəmə gəlməzsə, diqqət mərkəzində məhz Rusiya-Ukrayna müharibəsi olacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv