“Google Chrome” brauzerlər bazarında liderliyini saxlamağa davam edir.
Yenicag.az xəbər verir ki, 2019-cu ilin aprelində “Google” şirkətinin “Chrome” veb-brauzeri dünyadakı kompüterlərin 65,64%-nə quraşdırılıb. “Mozilla Firefox” brauzerinin bazar payı 10,23%, “Microsoft”un “Internet Explorer” və “Edge” brauzerlərinin payı isə müvafiq olaraq 8,44% və 5,53% təşkil edib.
www.yenicag.az