“Anomal istilərin olması təkcə iqlim dəyişmələri ilə deyil, Cənubi Amerikanın yaxınlığında, Sakit Okeanda baş verən “El-ninio” və “La-nino” hadisələri ilə bağlı ola bilər”.
Bu fikirləri hazırda dünyada baş verən anomal istilərin səbəbləri və yarada biləcəyi fəsadlar barədə danışan ekoloq Məhərrəm Mehdiyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyada anomaliya hadisələrinin artması son zamanlar iqlimin sürətlə dəyişməsi ilə əlaqədardır:
“Əgər əvvəl on min ildən orta illik tempratur 1 dərəcə dəyişirdisə, indi bu 200 ilin içərisində baş verir. Anormal istilərin olması təkcə iqlim dəyişmələri ilə deyil, Cənubi Amerikanın yaxınlığında, Sakit Okeanda baş verən “El-ninio” və “La-nino” hadisələri ilə bağlı ola bilər. “El-ninio” hadisəsi baş verdikdə, həmin okeandan isti hava buxarı çıxır və ətrafa yayılır. Güman edilir ki, orta enlikdə, İspaniya İtaliya ərazilərində belə istilərin baş verməsi həmin hadisələrlə əlaqəlidir. Lakin iqlim dəyişmələrinin baş verməsi orta temperaturun qalxması, anomal istilərin olmasına gətirib çıxarır. Azərbaycanda anomal istilərin gələcək yay aylarında müşahidə olunması ehtimal edilir.
Yenicag.az-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, iqlim dəyişikliklərinin baş verməsi atmosferə yüksələn qazların miqdarının artması ilə əlaqədardır:
“Anomal istilər dünyanın bir çox yerində hazırda müşahidə olunur. Azərbaycanda hələ hiss olunmasa da, ölkəmizdən də yan keçmir. Dünyada anomal istilərin baş verməsi iqlim dəyişikliklərinin fəsadlarından biridir. Qlobal problem olaraq quraqlıqlar, anomal istilər iqlim dəyişikliklərinin birbaşa fəsadıdır.
Azərbaycan yerləşdiyi coğrafi nöqtəyə, ərazisinə görə ekvatora o qədər də yaxın deyil. Buna görə də anomal istilər həmin regionlarda bu istini müşahidə etmək mümkündür.
Atmosferə buraxılan qazların, xüsusilə karbon qazının miqdarının son zamanlar daha da artması və atmosferin yuxarı qatlarına yüksəlməsi nəticəsində Azon qatı deşilir. Bu da Günəş şüalarının birbaşa yer atmosferinə daxil olması, burada istixana effektinin yaranmasına səbəb olur”.
İsmayıl Bakuvi
www.yenicag.az