Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyada mətbuat azadlığı və Azərbaycan mediasının durumu: “Peşəkarlıq problemi hələ də aktualdır” - Müşfiq Ələsgərli

“Ölkə mediasında kəmiyyət sürətlə artsa da, keyfiyyətlə bağlı ciddi nöqsanlar var”.

Bunu Ümumdünya Mətbuat Azadlığı Günü fonunda ölkə mediasının mövcud vəziyyətini dəyərləndirən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

Müşfiq Ələsgərli vurğulayıb ki, son 1 il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub. Belə ki, dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, media ilə təmaslarını intensivləşdirdikləri diqqət çəkib:

“Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli media ilə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun media təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.

2020-ci ildə digər sahələr kimi, media təsisatları da COVID-19 pandemiyasının təsiri altında olub. Nəticədə 230 nəfər jurnalist COVID-19-a yoluxub, onlardan 10 nəfəri həyatını itirib. Pandemiya dövrünün şərtləri altında isə fəaliyyətini dayandıran media qurumu yoxdur. Bununla yanaşı, iş yerlərində ixtisarlar aparılıb.

Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə media çalışanlarının 4 faizini əhatə edib. Həmçinin 2020-ci ildə ümumrespublika yayımlı media qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn media qurumu fəaliyyətə başlayıb”.

“Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramının media sahibkarlarına da şamil olunduğunu bildirən JuHİ sədri qeyd edib ki, bu addım mediada iş yerlərinin qorunub saxlanması üçün stimul olub:

“Azərbaycanda sərbəst çalışan (frilans) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Bununla belə, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil”.

Ölkə mətbuatının mövcud problemlərinə də toxunan Mətbuat Şurası sədrinin müavini bildirib ki, Kütləvi informasiya Vasitələrinin (KİV) peşəkarlaşması istiqamətində yeniliklərin əldə olunmasına ehtiyac var:

“Təəssüf ki, bu gün Azərbaycan mətbuatında peşəkarlıqla bağlı müəyyən çatışmazlıqlar var. Xüsusən də araşdırma və hərb jurnalistikası, janr və üslubların yenilənməsi məsələsində ixtisaslaşma zəruridir.

Azərbaycan jurnalistləri fədakardırlar. Onlar cəbhə bölgəsində canlarını fəda etmək bahasına olsa belə, ölkəmizin həqiqətlərini dünyaya çatdırmağa çalışdılar. Bu faktı heç kim inkar edə bilməz.

Lakin fədakarlıq heç də peşəkarlıq mənasına gəlmir. Vətən Müharibəsi göstərdi ki, hərbi mövzulardan yazan, ekstremal bölgələrdə fəaliyyət göstərən jurnalistlərin xüsusi kurslar və təlimlər vasitəsilə ixtisaslaşması vacibdir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

203
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100