Dünyanı ağuşuna alan narkotik bəlasının Azərbaycandan da yan keçmədiyi heç kimdə şübhə doğurmur. Tez-tez narkotik satışı ilə məşğul olan şəbəkələrin ifşasıyla bağlı xəbərlərə rast gəlinir. Hətta narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər. Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında isə narkokuryer qadınların sayında artım müşahidə olunur.
Mövzu ilə bağlı narkomaniya üzrə ekspert, araşdırmaçı Emil Maqalov Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə 36500 qeydiyyata düşən narkomanlar var. Reallıqda isə rəqəm çox böyükdür. Əgər bir insan bilməyərəkdən belə narkokuryer olmaq istəmirsə, tanımadığı insanlarla ünsiyyətdə diqqətli olmalıdır.
Ekspertin fikirlərinin yer aldığı videoaçıqlamanı təqdim edirik:
Gülşən Şərif
www.yenicag.az