!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı dəyişən 10 adam: Qatil, qaniçən, demokrat liderlər

!Reklam – Yazi

Liderlik şəxsi keyfiyyətdir. Liderlik etmək istəyən insanları qorxmaz, ən əsası ağıllı adamlar kimi xarakterizə edirlər. Dünyada öz əməlləri ilə tarixə damğasını vuran liderlər çox olub. Bəzisi öz bəd, bəzisi isə xoş əməlləri ilə tarixdə qalıb.

Yenicag.az dünya düzənini dəyişən 10 lider haqqında məlumatı təqdim edir:

1.Vladimir İliç Lenin (22.04.1870 – 25.05.1922). Rusiya

Vladimir Ulyanov (Lenin) 7 yaşındaykən Çar Aleksadr qardaşını edam edir. Qardaşının edam edilməsi Vladimiri sarsıdır və o, çar üsul idarəsinə qarşı nifrət etməyə başlayır. Gənc Vladimir xaricdə təhsil almağa getdiyi gündən bu sistemi devirmək və Rusiyaya yeni bir sistem gətirmək haqqında düşünməyə başlayır. Yeni eko-sistem Kommunizm idi. Onun qurduğu bu sistem 70 il yaşadı. Yeni sistem dünyanın bir çox ölkələrində tətbiq olundu.

2. Adolf Hitler (20.04.1889 – 30.04.1945). Almaniya


Alman diktatoru Adolf Hitler dünyanın ən qorxunc qırğınının səbəbkarı kimi tarixə düşməyi bacardı. O, İkinci Dünya müharibəsinə başlamaqla 55 milyon günahsız insanın ölümünün səbəbkarı oldu. Hitler 1945-ci ildə yeraltı sığınacaqda intihar edir. İddialara görə, intihar edən Hitler deyil, onun oxşarı idi. Hitlerin Argentinaya qaçdığı və 1963-cü ilə qədər orada yaşadığı da deyilir.

3. İosef Stalin (18.12.1878 – 01.01.1953). Sovet İttifaqı


İosef Stalin (onun əsl adı İosif Vissarionoviç Cuğaşvili) dünyanın ən qəddar və uzun müddət hakimiyyətdə olan diktatoru hesab edilir. 1922-ci ildə hakimiyyətə gələn Stalin minlərlə insanı sorğu-sualsız öldürdü. Onun fikirlərinin əksini düşünmək qadağan idi və bu, ölümə bərabər idi. 1953-cü ildə vəfat etsə də, Stalin xofu hətta 70-ci illərə qədər davam edirdi.

4. Mahatma Qandi (02.10.1869 – 30.01.1948). Hindistan

Mahatma Qandinin adı gəldikdə, ağıla gələn ilk şey birlik və həmrəylik, sülh və humanizmdir. Onun fəlsəfi ideyaları hələ də dillərdədir. Qandi Hindistanda “xalqın atası” adlanır. O, müstəqil Hindistanın qurucusu, sosial ədalət prinsipinin yaradıcısı idi.

5. Mustafa Kamal Atatürk (19.05.1881 – 10.11.1938). Türkiyə

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Sultanlıq sistemini devirərək Türkiyəyə demokratiya gətirdi. Həyatının sonuna qədər demokratiyanı müdafiə etdi və həmişə Türkiyəni daha irəli daşımağa çalışdı. Onun apardığı mübarizə nəticəsində Türkiyə demokratik dəyərlərə malik bir ölkəyə çevrildi.

6. Konrad Adenauer (05.01.1876 – 19.04.1967). Almaniya


İkinci Dünya müharibəsindən sonra Almaniyanın ilk federal konsulu Konrad Adenauer idi. O, qurduğu sistemlə Almaniya Federativ Respublikasını dünyanın ən qabaqcıl ölkəsinə çevirdi. Müharibədə xarabazara çevrilmiş Almaniya qısa müddət ərzində Avropanın ən güclü dövləti oldu.

7. Ser Uinston Leonard Spenser Çörçill (30.11.1874 – 24.01.1965). Böyük Britaniya


İngilis siyasətçisi və dövlət xadimi, natiq və yazıçı olan Uinston Çörçill 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri olmağı bacarıb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı sıradan daxil edilən Çörçill ölkəsinin iqtisadiyyatını yüksəltməklə adını tarixə yazdıran bir liderdir.
O, yazıçı olaraq Nobel almağa müvəffəq olan ilk siyasətçi idi.

8. Şarl de Qoll (22.11.1890 – 09.11.1970). Fransa


Şarl de Qoll 1890-cı il noyabrın 22-də Lill şəhərində mütərəqqi intellektual ailədə anadan olub. Peşəkar hərbçi olan de Qoll İkinci Dünya müharibəsi ərəfəsində artıq polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komandanlıq etmək həvalə edilir. Həmin ilin iyunun 1-dən isə o, briqada generalı vəzifəsini icra edir. Fransada 1944-1946-cı illərdə müvəqqəti hökumətə başçılıq edən Şarl de Qoll ölkəsinin xilaskarı hesab edilirdi. O, Fransanın ilk prezidenti kimi tarixə düşüb. Şarl de Qoll 1970-ci ildə vəfat edib.

9. Mixail Qorbaçov (02.03.1931). Sovet İttifaqı

Sovet İttifaqının birinci və son prezidenti Mixail Qorbaçov yaddaşlarda apardığı uğursuz islahatları ilə qalıb. O, bu böyük ölkəyə demokratiya gətirməyə çalışırdı. Qorbaçov Sovetlər Birliyinin dağılmasında mühüm rol oynadı. Onun ən böyük nailiyyəti isə o zamankı ABŞ prezidenti Ronald Reyqanla aparılan müzakirələrdən sonra “Soyuq Müharibəsi”nin tamamlanması idi. 1991-ci ildə o, prezident səlahiyyətlərini Boris Yeltsinə verdi. Mixail Qorbaçov da Nobel mükafatı alan siyasətçilərdən biridir.

10. Vladimir Putin (07.10.1952). Rusiya


Rusiyanın hazırki lideri Vladimir Putin müasir Rusiyanın xilaskarı kimi xarakterizə edilir. O, parçalanmağa hazır olan Rusiyanı vahid şəkildə birləşdirdi. Köhnə KQB zabiti olan Putin Çeçenistan müharibəsini qazanmaqla daxildəki sabitliyi bərpa etdi. Artıq Rusiyanı dünyanın söz sahibinə çevirən Putin Şərqdə aparılan müharibədə də əsas fiqurlardan birinə çevrildi.

www.yenicag.az

14349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv