Dünyanın ən arıq qızı

media-hightechnic-468x90

42f81b8bd290Rusiyada yaşayan Natalya Jultayeva sevdiyi oğlandan ayrılıqdan sonra 21 kilo olub.

Boyu 1 metr 68 santimetr olan qız sevdiyi oğlan onu tərk etdiyi üçün depresiyaya düşüb və yemək yeməyib. O düşünüb ki, ayrılığa səbəb onun artıq çəkiləri olub.

Natalya anoreksiyadan əziyyət çəkir və artıq bir ildir ki, evdən bayıra çıxmır. Tibbi cədvələ əsasən həmin qız indi 7 yaşlı uşağın çəkisindədir. 4 ilə 30 kiloqram çəki itirən qız arıqlamağı dayandırmaq istəyəndə artıq gec olub. Belə ki, orqanizm qidanı qəbul edə bilmir.

İndi həmin qızın çəkisi kritik həddə çatıb. 4 il əvvəl çəkisi 50 kiloqram olan qız indi 21 kiloqramdır. Qız isə bildirib ki, daim çox yorğun olur, hətta danışmağa da gücü çatmır. Bu gedişlə çox dözə bilməyəcəyini deyən qız artıq həkimlərdən də əlini üzüb. Həkimlər də xəstəliyin müalicəsinin olmadığını bildiriblər. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600