Dünyanın ən keyfiyyətli monitorları satışda

media-hightechnic-468x90

dell-ultrasharp-27-hands-on_420x250 (1)“Dell” şirkəti “IFA 2014” sərgisində 5K (5120×2880 piksel) təsvir ölçülü dünyanın ilk 27 düymlük monitorunu nümayiş etdirib.

İlin sonunadək bu qurğunun satışlarına start veriləcək, cihazın qiyməti 2500 dollar olacaq.

5K təsvir ölçüsündə piksellərin sayı QHD (2560×1440 nöqtə) formatını dörd, “Full HD” (1920×1080) formatını yeddi dəfə ötür. “Dell” keyfiyyətli təsvirin təmini üçün “PremierColor” firma texnologiyasından istifadə edib.

Bundan başqa, monitor 16 Vatt gücündə “Harmon Kardon” stereodinamikləri, 6 USB portu və kardrider ilə təchiz olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600