Dünyanın ən kiçik “3G” modemi

media-hightechnic-468x90

14703“Intel” şirkəti 300 kv.mm ölçüsündə dünyanın “XMM 6255” adlı ən kiçik “3G” modemini hazırlayıb. Modemin ölçüsü 1 sentlik sikkədən bir qədər böyükdür.

“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “XMM 6255” modemi “SMART UE2p” radiotezlik qəbuledici ötürücüsü, yaddaş modulu və daxili enerji blokundan ibarətdir. Maksimal yükləmə sürəti saniyədə 7,2 meqabit (MB) və serverə yükləmə sürəti saniyədə 5,6 MB təşkil edir.

“Intel” şirkətindən bildirilib ki, “XMM 6255” modemi daşınan elektronika, həmçinin “ağıllı ev” texnologiyasının inkişafında geniş tətbiq edilə bilər. Məsələn, “3G”-modem məişət texnikası, həmçinin mühafizə sisteminə quraşdırıla bilər.

Bundan başqa, şirkət nümayəndələri bildiriblər ki, “XMM 6255” modemi istiliyə qarşı davamlıdır və ekstremal şəraitlərdə işləyə bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa