Dünyanın ən maraqlı və macərapərəst proqramına qatılmaq istəyərdinizmi?
Elə isə Dünyamızda nəsli tükənməkdə olan bir canlıya dəstək proqramına Radio6 – nın təşkilatçığı ilə siz də qatılın!
Akdəniz suları… Təbiətin möcüzəvi sirrini ağuşunda nəhəng okeanlara daşıyan Aralıq dənizi sularında 110 milyon ildən daha çox bir zamanda dolaşan ruhu siz də hiss edin!
Nəsilləri təhlükə altında olan dəniz tısbağaları – Caretta caretta (yayqın dəniz tısbağası) ve Chelonia mydas (yaşıl dəniz tısbağası) xilas etmək və qorumaq, həmçinin, təbiət sevgisini və qoruma bilincini yaymaq üçün ailəmizə qatılmaq istəyərdinizmi?
Könüllü proqramımız, yalnız Belek bölgəsində davam etdirilir. Belek Aralıq dənizində bilinən dəniz tısbağalarının balalama ərazilərindən biridir (Canbolat, 2004-ə görə ikinci ən böyük ərazidir).
Bu layihədə dəniz tısbağalarının populyasiyalarının izlənməsi; yuva, yumurta və balaları üçün təhlükə şəraitinin təsbit edilərək minimuma endirilməsi; yerli xalq və turistlərin bilincləndirilməsi; qoruma çalışmaları mövzusunda bir fərqlilik yaradılması və qoruma çalışmalarına qatılmalarına təşvik etmək və s. kimi çox sayda hədəfimiz var. EKAD Könüllü proqramına qatılaraq bizlərlə çalışmaq istəyirsinizmi?
Könüllü proqramı sizin həyatınıza nələr qatacaqdır?
1. Əraziyə dayalı bir bilimsəl çalışmada təcrübə toplayaraq, bilincli çalışma qaydalarını öyrənəcəksiniz,
2. Nəsli təhlükə altında olan bir növü görərək tanıyacaq, bioekologiyası haqqında bilgi sahibi olacaqsınız,
3. Qeyri Hökumət Təşkilatı – Bilincli yanaşmaq – Yerli İdarə – Turizm Sektoru arasındakı təbiət qoruma işbirliyini gücləndirmə çalışmalarına qatqı vermiş olacaqsınız,
4. Gələcəkdə dünyada Norvec kimi belə könüllü proqramları təşkil etmiş azsaylı ölkələrdəki kamplarda iştirak, komanda rəhbəri və ya liderlik edə bilmək bacarığı qazanmaq,
5. Komanda çalışmalarına birbaşa qatılaraq həqiqi bir komanda ruhunu dadmış olacaqsınız,
6. Liderlik, cəmiyyətlə münasibət, təşkilatçılıq bacarığı, məsuliyyət üstlənmə, paylaşımcılıq kimi şəxsi özəlliklərinizi kəşf edəcək və gücləndirəcəksiniz.
7. Türkiyə ve dünyanın fərqli ölkələrdən insanlarla tanış olmaq və mədəniyyətlərini daha yaxşı öyrənmək şansı əldə edəcəksiniz.
Hansı işlər görüləcəkdir?
1. Belek bölgəsində gördüyümüz işləri, ərazi çalışmaları və öyrətim çalışmaları olaraq olaraq iki bölümə ayırırıq.
Öyrətim çalışmaları daxilində otel yetkililəri və personalı, yerli yetkililər, yerli xalq, yerli işlətməcilər, turistlər, məktəblər kimi zəngin bir hədəf ilə birlikdə çalışırıq.
Ərazi çalışmaları daxilində:
– Yuva yeri təsbiti, Təsbit edilən yuvalarda yumurta sayımı və Xəritəçəkmə
– Lazımlı vəziyyətlərdə yuva daşıma
– Yuvasız iz qeydlərinin tutulması
– Ergin markalama, ölçü və yuvalama məlumatı toplama
– Lazımı vəziyyətlərdə yuvanı qəfəsləmək
– Yuva predasiya qeydləri tutma
– Bala çıxışı qeydlərini tutma
– Yoxlama açışıyla yuvaların bala müvəffəqiyyətlərini ortaya qoyma kimi elmi işlər görmək.
Könüllü programımıza qatıla bilmek üçün;
18 yaşından böyük olmanız gərəklidir,
Gərəkli ünsiyyət qura biləcək dərəcədə İngilis, Rus, fransız və alman dillərinin birini bilməniz lazımdır. İngilis, Rus, Fransız və Alman dilləri çalışdığımız ərazinin turizm profili baxımında seçim səbəbi ola bilər.
Təcrübə sahibi olmağınız tələb edilmir. Proqrama 20 günlük (uzadılması rəhbərliyə bağlıdır) bir dönəmdə qatılacaqsınız.
Qiymətlər:
Proqrama qatılım haqqı xaricdən gələn könüllülər üçün 450 Eurodur. Bu qiymətə qalmaq, yemək,təmizlik, Türkiyə içi xaricdən gələnlərin qarşılanma xərci (Serik – Manavqat – Alanya istiqamətində avtobusla çatdırılma və lazımi yerdən komanda rəhbərliyi tərəfindən kampa gətirilmək) və s. xərclər daxildir.
Bu qiymətə Azərbaycandan Türkiyə-Antaliyaya getmə xərcləri daxil deyildir.
Azərbaycandan Türkiyə-Antaliyaya gediş könüllülərin seçiminə görə müəyyənləşdiriləcək. Seçim iki ayrı şəkildə olacaqdır.
1. İstəyə uyğun olaraq Bakı-Antaliya təyyarə reysi ilə birbaşa səfər.
2. Bakıdan Tbilisiyə avtobusla gedərək, oradan da Tbilisi-Antaliya avtobusu ilə davam etmək.
Könüllülərin kampda iştirakı 2 ayrı qruplar şəklində olacaqdır. Birinci qrupun səfəri 01 avqust 2015 – 20 avqust 2015 tarixləri arasında 20 günlük bir zaman çərçivəsində gerçəkləşdiriləcəkdir. İkinci qrup 20 avqust 2015 – 10 sentyabr 2015 tarixləri arasında Aralıq dənizi Belek bölgəsindəki kapmda yaşayacaq.
Qeyd: Başvurunuz dəqiqləşdikdən sonra səfər öncəsində imtina edilərsə, ödənən məbləğin 35 Euro-su kəsiləcəkdir. Səfərdən imtina ilə bağlı ən az 2 gün öncədən təmsilciyə xəbər verməlisiniz.
Proqram çərçivəsində öz istəyinizə bağlı olaraq övladlığa götürmək kimi bir işi də reallaşdıra bilərsiniz. Misal üçün, təbiəti qoruyanlar adına gələcək nəsillərə örnək kimi dəniz tısbağa balasını və ya böyük bir tısbağanı övladlığa ala bilərsiniz. Və ya dəstəyinizi nəğd pulla, kapm, ofis ləvazimatları və s. ilə də gerçəkləşdirməniz mümkündür. :)
Kampın Günlük proqram:
Kampımızın gündəlik “planlanmış” proqramı aşağıdakı kimidir:
04.30-05.30 Oyanma, hazırlıq və əraziyə gediş (gündüz ərazisi)
05.30-11.00 Gündüz ərazisi
11.00-12.00 Nahar
12.00-12.30 Kamp sahəsinin gündəlik təmizlik & baxım işləri
12.30-13.00 Məlumat formlarının yoxlanması & yığıncaq üçün tərtibi
13.00-14.00 Gündəlik yığıncaq
14.00-18.00 Sərbəst zaman *(Sərbəst zamanınızda pilaja ve ya şəhər gəzintisinə çıxa bilərsiniz)
18.00-20.00 Axşam yeməyi & məlumatların kompüterə girilməsi
20.00-21.30 Sərbəst zaman
21.30-22.00 Hazırlıq & əraziyə gediş (gecə ərazisi)
22.00-03.00 Gecə ərazisi (gecə ərazisi)
Qeyd: Bu proqramda qruplar gecə və gündüz çalışmalarına ayrılaraq dəniz tısbağalarının yaşadığı yuvaları təsbit edir, yeri gəldiyində qəfəsə alaraq yumurta qoyulan yerləri qorumağa alırlar. Və lazım gəldikdə proqram rəhbərliyi tərəfindən proqramda dəyişiklik də ola bilər. Bundan əlavə, kapm iştirakçıları qruplar şəklində günlük boş zamanlarına bir az da əyləncə qatmaq üçün çimərliyə yollanırlar.
Qruplara ilk başlanğıc günün gecəsində teorik bilgiləndirmə və təcrübə dərsləri veriləcəkdir.
Qatılım şərti: 18 yaşını tamamlamış olması lazımdır. Hər fərqli ölkələrdən xarici könüllülərin olması səbəbi ilə həmin kamp sakinləri ilə bərabər yaşayacaq və çalışacaqsınız. Bunun üçün də iştirakçıların buna hazır olması lazımdır. Bundan əlavə qeyd edək ki, könüllü dəstələri hər dönəmdə 30 nəfərlikdir. Türkiyə vətəndaşı könüllülər 30 gün, xarici könüllülər minimum 15 gün qalma haqqına sahibdir.
Nələr gətirməlisiniz?
Kamplarda sizə gərəkli bəzi təmizlik və dərman ləvazimatlarını yaxınlıqdakı marketlərdən də əldə edə bilərsiniz.
Antaliya isti və günəşli bir bölgə olsa da, bəzi günlərdə hava şərtləri fərqli ola bilər, buna hazırlıqlı gəlməlisiniz, sabah erkən saatlarda hava soyuq və küləkli olur. Ərazi çalışmaları zamanı gündüzləri günəşdən qorunmaq üçün açıq rəngli paltarlar, gecələr isə daha yaxşı komuflyaj olmaq üçün tünd rəngli paltarlar geyinməyə üstünlük verin.
Mütləq şəkildə gətirməniz gərəkənlər:
1. Pasport, varsa əgər sürücülük vəsiqəniz,
2. Ərazi çalışmalarında qumsalda yeriyə bilmənizə uyğun və rahat geyimlər (gündüz əraziləri üçün açıq rəngli, gecə əraziləri üçün tünd rəngli – Cins paltarlar ərazi çalışmalarına uyğun deyildir),
3. Ərazi çalışmaları üçün rahat yeriyə biləcəyiniz ayaqqabılar – ən uyğun seçim arxası bandlı sandaletlər və idman ayaqqabıları,
4. Günəşdən qorunmaq üçün gün eynəkləri,günəş kremi, şapka, soyuq və küləkli hava şərtləri üçün uyğun geyimlər, çalar saat (mobil telefonunuza istifadə edə bilərsiniz), yataq mələfəsi və yastıq üzü, özünüzə aid qəhvə fincanı,
5. Hamam-duş ləvazimatlarınız,
6. Eynək istifadə edirsinizsə, əlavə bir eynək və ya eynək nömrəsini göstərən yazılı resept,
7. İstifadə etdiyiniz dərman varsa, əlavə dərman
Davamı olaraq tövsiyyələrimiz;
– Çimərlik ləvazimatlarınız,
– Böcək qovucu,
– Rüzgar və ya yağışdan qorunmaq üçün plaş,
– Not dəftəriniz (toplantı və öyrətim zamanı istifadə üçün),
– Özünüzə aid dərman çantanız (antihistamin, ağrı kəsici, əzələ yumşaldıcı, yanıq kremi, yara bandı, bandaj, qarınağrısı və mədə dərmanları və s.)
İstəyə bağlı gətirə biləcəkləriniz:
Şəkilçəkən kamera, video kamera, musiqi alətləri, laptop və ya planşet (internet bağlantımız vardır), üzmə və suya girmək üçün palet və maskalarınız, durbin və ərazi rəhbəri kitabçaları (bölgədə görə biləcəyiniz digər bitki və heyvan növləri üçün) və kapm ləvazimatlarınız.
*Ev heyvanı gətirməməyiniz rica olunur.
Tibbi tövsiyyələr:
Belek bölgəsi isti və nəmli olduğu üçün ağcaqanad, arı və digər böcək növləri mövcuddur. Əgər bu sayılanlarla bağlı allergiyanız varsa, mütləq şəkildə kapm rəhbərini gəldikdən sonra məlumatlandırmanız lazımdır. Və yaxud da öncədən xəbər verməlisiniz!
Layihədə iştikınızdan öncə xüsusi bir peyvəndə ehtiyac yoxdur,
Kampa yaxın ərazidə tam təchiz edilmiş özəl və dövlət xəstəxanaları mövcuddur.
Bu layihənin fiziki şərtlərdə gerçəkləşəcəyi səbəbi ilə aşağıdakı rahatsızlıqları olanların iştirak etməmələrini məsləhət görürük:
1. Günəş işığına, yüksək istiliyə və nəm dərəcəsinə qarşı böyük həssaslıq,
2. Polen və ya sancan böcəklərə qarşı allergiya,
3. Xroniki qəlb-damar rahatsızlığı,
4. Nəfəs yolları darlığı (astma kimi),
5. Yeriməsində axsaqlıqlar (düzdabanlılıq da daxildir),
6. Epilepsiya,
7. Gecə korluğu,
8. Karlıq (bərpa edilməmiş)
Qidalanmanızla bağlı hər hansı bir probleminiz varsa (diabetik, vegetarian, vegan və s.), xahiş olunur anketdə göstərəsiniz və ya kamp rəhbərliyinə bildirin.
Könüllülər başladıkları dönəmin ilk günü ən gec saat 19.00-da kampda olmalıdırlar(radio6.az).
EKAD könüllü proqramına qatılmaq istəyənlər proqramın Azərbaycandakı təmsilcisi Günel Əhmədova ilə əlaqə saxlasın:
[email protected]
əlaqə nömrəsi: +994 506141282