Dünyanın ən varlı adamıdır, qabları özü yuyur – FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

“Amazon” şirkətinin sahibi Jeff Bezosun sərvəti 150 milyard dolları ötüb.

Yenicag.az xəbər “Microsoft” şirkətinin rəhbəri Bill Qeytsdən 55 milyard dollar çox pulu olan Bezon hazırda dünyanın ən varlısıdır.

Maraqlıdır ki, 1964-cü il təvəllüdlü Bezos 23 il əvvəl qurduğu “Amazon”u açdığı ilk gün cəmi 6 sifariş alıb. 2018-ci ildə isə gündəlik sifariş sayı 2 milyona bərabərdir.

Dünyanın ən varlı adamı ilə bağlı bəzi maraqlı məqamları təqdim edirik:

Bezos zəngli saat qurmur. Azı 8 saat yatır. Yuxudan istədiyi vaxt qalxır. Heç kim də onu oyatmır.

Sərt və kobud müdir kimi bilinir. Hətta bəzən etik həddi aşmamaq üçün yanında köməkçi gəzdirir. Bu səbəbdən tez-tez işçilər tərəfindən rəhbərliyə qarşı etirazlar, tətillər olur.

Maraqlıdır ki, axşam yeməyindən sonra qabları Bezosun özü yuyur.

Dünyanın ən varlı olmasına baxmayaraq, 1996-cı il model olan “Honda” markalı maşınından əl çəkmir. O, eyni zamanda 79 milyonluq helikopterə sahibdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1698
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."