Dünyanın ən yaxşı idmançısı yenə o seçildi

media-hightechnic-468x90

PSJ-nin və Argentina millisinin hücumçusu Fransanın “L’Équipe” nəşri tərəfindən keçirilən sorğuda 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Yenicag.az xəbər verir ki, Messi respondentlərin 808 səsini toplayıb.  Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe 381 səslə 2-ci olub.

Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal isə 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) tərəfindən də 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa