Dünyanın ən yaxşı məşqçilərinin SİYAHISI

media-hightechnic-468x90

“FourFourTwo” nəşri futbol üzrə dünyanın ən yaxşı klub məşqçilərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, 50 mütəxəssisin yer aldığı siyahıya İngiltərənin “Mançester Siti” komandasının çalışdırıcısı Xosep Qvardiola başçılıq edir.

Ötən mövsüm onun komandası İngiltərə çempionatının, ölkə kubokunun və tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

İngiltərənin digər təmsilçisi “Liverpul”a başçılıq edən Yurgen Klopp ikinci, İspaniya “Real Madrid”inin sükanı arxasında olan Karlo Ançelotti isə üçüncü pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı klub məşqçiləri

1. Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)

2. Yurgen Klopp (“Liverpul”, İngiltərə)

3. Karlo Ançelotti (“Real Madrid”, İspaniya)

4. Mikel Arteta (“Arsenal”, İngiltərə)

5. Tomas Tuxel (“Bavariya”, Almaniya)

6. Eddi Hau (“Nyukasl”, İngiltərə)

7. Xavi Ernandes (“Barselona”, İspaniya)

8. Roberto De Zerbi (“Brayton”, İngiltərə)

9. Unay Emeri (“Aston Villa”, İngiltərə)

10. Dieqo Simeone (“Atletiko”, İspaniya)

11. Xabi Alonso (“Bayer”, Almaniya)

12. Erik ten Haq (“Mançester Yunayted”, İngiltərə)

13. Luis Enrike (PSJ, Fransa)

14. Abel Ferreyra (“Palmeyras”, Braziliya)

15. Joze Mourinyo (“Roma”, İtaliya)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600