Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən zəngin ailələri – SİYAHI

Dünyanın ən zəngin 25 ailəsi məlum olub.

Yenicag.az xəbər verir ki, Bloomberg agentliyi sərvəti 1 trilyon dollardan çox olan ailələrin siyahısını tərtib edib.

Siyahıda birinci yeri 12 min mağazadan ibarət “Walmart” şəbəkəsinin sahibi Walton klanı tutub. Onun sərvəti 151 milyard dollar həcmində qiymətləndirilir.

İkinci yerdə 99 milyard dollarlıq kapital ilə “Koç Industries” şirkətinin təsisçisinin övladları Fred və Çarlz Koxam qərarlaşıb. Şirkət istehsal, ticarət, investisiya, neft emalı, süni lif və plastiklərlə məşğul olur. Onun illik gəliri təxminən 100 milyard dollardır.

Üçüncü yeri 88 milyard dollarıq sərvəti olan “Frank Mars” şirkətinin qurucusunun varisləri tutub. Mars şirkəti M & Ms, Samanyolu və Mars kimi məhsullarla tanınır.

Dördüncü yeri “Anheuser-Busch InBev” pivəsinin təsisçisi olan üç ailə bölüşüb.  Belçikadan olan bu ailələrin sərvəti 54 milyard dollar həcmində qiymətləndirilir.

Ən zəngin ailələrin siyahısında beşinci yerdə Hermes Fransız moda evi qurucusunun mirasçılarıdır. Agentliyin hesablamalarına görə, onların sərvəti 49 milyard dollardan çoxdur.

Qəzetin yazdığına görə, siyahıya mirası ən azı bir dəfə nəsildən-nəslə keçmiş ailələr daxil edilib.

www.yenicag.az

2817
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100