Dünyanın “sonundakı” şəhər

media-hightechnic-468x90

6KJVK4BArgentinanın Uşuaiya şəhəri dünyanın cənub ucundakı son məskunlaşma vahidi sayılır. Antarktika buzlaqlarında səyahətə çıxanların toplaşdığı yer olan Uşuaiya, eyni zamanda səyahət limanı kimi də məhşurdur. Uşuaiya adı burada yaşayan yerli xalq olan yamanaların dilində “Şərqə baxan şəhər” mənasını verir, – “ajanshaber”.

“Dünyanın sonunda olan yer” mesajı turizm üçün çox yaxşı düşünülmüş bir ibarədir. Hətta istəyənlərin pasaportlarına da “Dünyanın sonunda olan yer” möhürü də vurulur. 1900-cu illərin əvvəllərində Uşuaiyadəkı həbsxana məhkumlarının inşa etdiyi səkkiz kilometrlik qatar yolu və məhkumları ağac kəsməyə aparan qatar bu gün “Dünyanın sonunda olan qatar” adı ilə turizm sahəsində xidmət göstərir. Uşuaiyadə üç həbsxana var: Yamaha, Territory və Həbsxana Muzeyi. 1947-ci ildə bağlandıqdan sonra Museo Presidio adı ilə muzeyə çevrilən həbsxana turistlərin ən çox diqqətini cəlb edir. Məhkumların geriyə dönməz sürgün yeri olaraq adlandırılan həbsxanadan heç kim qaça bilməyib. Hətta Sibirdən qaçmağı bacaran və burada 21 il həbsdə qalan Simon Radovitskini də demək olar. (deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600