DVD-yə görə qaynını öldürdü
Ötən gecə Bakının Binəqədi rayonunda qaynını öldürən şəxsi polis yaxalayıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Biləcəri qəsəbəsində 1990-cı il təvəllüdlü Vüqar Salmanovu öldürə 1987-ci il təvəllüdlü Əfqan Yusibov tutulub.
Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində baş verib. Əslən Yevlax rayonundan olan 25 yaşlı Vüqar Salmanovla bacısının həyat yoldaşı 28 yaşlı Əfqan Yusubov arasında mübahisə düşüb. Mübahisə zamanıda Əfqan Yusubov Vüqar Salmanova bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə Dəmiryol xəstəxanasına çatdırılıb. Amma artıq xəstəxanaya aparılan zaman Vüqar Salmanov yolda dünyasını dəyişib.
Qeyd edək ki, tərəflər arasında mübahisə DVD üstündə yaranıb. Belə ki, qətlə yetirilən Vüqar Salmanov qohumu Əfqana DVD satıb. Amma Əfqan aldığı əşyanını pulunu vermədiyi üçün onlar arasında mübahisə yaranıb. Nəticədə isə qanlı hadisə qeydə alınıb.
Faktla əlaqədar Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sonda qeyd edək ki, qətlə yetirilən Vüqar Salmanov əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb. O, cəzası bitdiyi üçün 3 ay əvvəl azadlığa buraxılıbmış.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.