Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DYP rəisi Rəşid Piriyev: "Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq" - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə idarə rəisi Rəşid Piriyev, rəis müavinləri, şöbə və bölmə rəisləri, YPX əməkdaşları, tarixçi alim, professor Fəzail İbrahimli, Xocalı soyqırımının və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımov, ehtiyyatda olan general-mayor İntiqam Zeynalov iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən idarə rəisi Rəşid Piriyev bildirdi ki, Azərbaycan polisi tarixə qanla yazılmış günləri heç vaxt unutmur: “Biz də bir əsgər kimi daim vətənə, dövlətə xidmət edirik. Biz heç vaxt başımıza gətirilən bu faciələri unutmamışıq. Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq. Mən əminəm ki, şəhidlərimizin qisası tez bir zamanda alınacaq, biz doğma yurdumuza qayıdacağıq”.

R.Piriyev Xocalı faciəsinin törədilməsində düşmən birləşmələrinin məqsədini önə çəkib və əlavə edib ki, onlar bununla xalqımızın əzmini, iradəsini qırmağa çalışsa da, buna nail ola bilməyiblər: “Biz Ali baş komandanın hər an əmrini gözləyən əsgərlərik. Bu faciələri bizə yaşadanlar gec-tez cəzalarını alacaqlar”.

Tarixçi-alim Fəzail İbrahimli bildirdi ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiası 18-ci əsrdən başlayır və bu istəklərinə çatmaq üçün daim başqalarından dəstək alıblar: “Biz heç vaxt tariximizi unutmamılıyıq. Ermənilər bizimlə təklikdə mübarizə aparmayıb. Onlar daim imperiyanın gücündən istifadə edib. Biz hər zaman böyük güclərlə mübarizə aparmışıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət ölkədə sabitliyin qorunmasına hesablanıb. Amma bu o demək ki, biz bu faciələri unudacağıq. Xeyr. Biz ağlayıb sızlamadan sadəcə məsələni dərindən öyrənməli və nəticə çıxarmalıyıq. Bu gün Azərbaycan güclü bir dövlətdir və buna görə bizə təzyiqlər hər zaman olur. Biz bir olmalıyıq, yumruq olmalıyıq. Tarixin hər dövründə bu millət bir olub, böyük güclərə qarşı savaşıb”.

Fəzail İbrahimli qeyd etdi ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, ilin hər ayında faciəli günlər var. Başqa dövlətlər olsaydı bəlkə də buna tab gətirə bilməz və məhv olardı. Lakin Azərbaycan günü-gündən güclənir və inkişaf edir.

Rusiyada yaşayan soydaşımız, hüquqşünas İntiqam Zeynalov bildirdi ki, Bakı şəhər DYP İdarəsinin rəisi Rəşid Piriyev də Qarabağ döyüşlərində fəal iştirak edib: “Belə vətənpərvər insanlarla birlikdə olmaq qürur verir. Mən illərdir Rusiyada yaşayıram. Hər yerdə Azərbaycanı təbliğ edirəm. Düşünürəm ki, biz tariximizi və başımıza gələn faciələri unutmamalıyıq”.

Qeyd edək ki, tədbirdə Xocalı faicəsini əks etdirən fotosərgi də keçirilib. Fotolar “General Əli bəy” tərəfindən çəkilib.

www.yenicag.az

760
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100